11:57 - 26.10.2022
26 oktyabr, Fineko/abc.az. İş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 271 min 251 vahid artıb və bu il oktyabr ayının 1-nə 1 milyon 673 minə çatıb.
Bu barədə ABC.AZ Dövlət Vergi Xidmətinə istinadla xəbər verir.
Bildirilir ki, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 268 min 445 vahid artaraq 808,4 min olub.