16:41 - 24.10.2022
24 oktyabr, Fineko/abc.az. Bakı ilə Sumqayıt arasında metrobusun tikilməsi nəzərdə tutulur.
ABC.AZ xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Elməddin Muradlı özünün facebook hesabında yazıb.
Ekspert postunda bunları qeyd edib: "Tam elektrli avtobuslar gətirilə bilər. Abşeronun Masazır, Sulutəpə və Xırdalan qəsəbələrində avtobuslar yenilənəcək, interval qısalacaq. İnsanlar keyfiyyətıi ictimai nəqliyyatla təmin oıunacaq. Əsas hədəf isə Sumqayıtda ictimai nəqliyyatı inkişaf edtdirmək, Sumqayıtdan Bakıya birbaşa avtobus daşımalarını genişləndirməkdir. Əsas hədəf insanlara rahat və əlçatan ictimai nəqliyyat təmin etməkdir. Bununla da Bakı-Sumqayıt yolunda sıxlıq xeyli azalacaq. Bakıdakı kimi insanları şəxsi maşından imtina edib ictimai nəqliyyata boş-boşuna dəvət etmirlər. Əvvəl ictimai nəqliyyatı inkişaf etdirirlər, sonra çağırışlar olur. Zatən ictimai nəqliyyat inkişaf etdikcə çağırışa da ehtiyac qalmır, insanlar hər şeyi görür və dərk edir".
Ekspertin postuna çoxsaylı şərhlər yazılıb, bunu inandırıcı saymayanlar, layihənin tətbiqinin uzun zaman alacağını bildirənlər də olub.