16:19 - 24.10.2022
24 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Gürcüstanda rəsmi səfərdədir.
ABC.AZ xəbər verir ki, dövlət başçısı artıq görüşlərə başlayıb, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə danışıqlardan sonra mətbuata birgə bəyanatla çıxış ediblər.
İ.Əliyev bildirib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini artırmaq istəyirlər:
“Mən bildirməliyəm ki, biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona qədər çatdırmaq istəyirik. Artıq bütün göstərişlər verildi və vəsait də ayrılacaq. Ona görə də nəqliyyat sahəsində Gürcüstanla Azərbaycan arasında sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır. Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Çünki qonşularla bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz. Bizim isə Gürcüstanla dostluq, qardaşlıq, tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır”.
18 Avqust 2026