BTQ dəmir yolunun ötürmə qabiliyyətini 5 milyon tona çatdıracağıq - İlham Əliyev

15:52 - 24.10.2022


24 oktyabr, Fineko/abc.az. Bölgəmizin iqtisadi potensialını artırmaq üçün çox gözəl imkanlar var. Enerji resursları, nəqliyyat dəhlizləri.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanat verərkən bildirib.

Dövlət başçısı qeyd edib ki, Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıb.

"Mən bildirmək istəyirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini biz 5 milyon tona çatdırmaq fikrindəyik. Bu məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq. Artıq bütün sərmayələr hazırdır və bu prosesə start vermişik. Çünki dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Həm geosiyasi vəziyyətlə bağlı, həm bütövlükdə yeni nəqliyyat yolları bütün yol boyunca yerləşən ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan, bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır və biz buna hazır olmalıyıq”, - deyə Prezident İlham Əliyev qeyd edib.