16:42 - 21.10.2022
21 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ölkəsinə qayıdarkən təyyarədə jurnalstlərin suallarını cavablandırıb.
ABC.AZ xəbər verir ki, Şuşadan danışaraq qeyd edib ki, Şuşa Azərbaycanın ən mühüm cazibə mərkəzidir.
“İlham bəy bundan sonra xüsusilə tikiləcək otellərlə bu cazibə mərkəzini daha da cəlbedici edəcək. Çünki o nöqtədə atılacaq addımlar var. Amma həqiqətən də cənab Prezident dayanmır. Çox qısa müddətdə tikilən birmərtəbəli də olsa, o binalarla bura canlandı. Əlavə olaraq Şuşaya hotellərin tikilməsi üçün yatırılacaq investisiyalar da onu cazibə mərkəzinə çevirəcək. Biz də Şuşada Baş Konsulluq açırıq”, - Türkiyə Prezidenti vurğulayıb.