11:10 - 21.10.2022
21 oktyabr, Fineko/abc.az. “Bu gün əziz qardaşımla bərabər həm dəmir yolunun inşası ilə tanış olduq, “Dost Aqropark”ının açılışını birlikdə qeyd etdik. Bu da bölgəyə birinci özəl sərmayədir, özəl yatırımdır və bu aqroparkın adı – “Dost Aqropark” özlüyündə hər şeyi deyir”.
ABC.AZ xəbər verir ki, bunu Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində mətbuata bəyanatında deyib.
“Bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük. Burada genişmiqyaslı quruculuq-bərpa işləri aparılır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
27 İyul 2026