Bütün layihələrdə Türkiyə Azərbaycanın yanında olmağa hazırdır - Ərdoğan

10:30 - 21.10.2022


21 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycana səfər edib.

ABC.AZ xəbər verir ki, səfər zamanı türkiyəli lider Zəngilanda aeroport və bir sıra açılışlara qatılıb. Daha sonra Cəbrayılda Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxış ediblır.

R.T.Ərdoğan çıxışında bunları deyib: “Zənn edirəm ki, bir ildən sonra gələndə Cəbrayıl yolunun çox fərqli vəziyyətdə olacağını görəcəyik. Çünki burada da infrastruktur məsələləri ilə bağlı ciddi addımlar atılır. Bu addımlar Türkiyə şirkətləri ilə birgə atılıb”.

Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, Qarabağın inkişaf planı çərçivəsində başda kənd təsərrüfatı, “yaşıl enerji” və “ağıllı şəhər”lər olmaqla, bütün layihələrdə Türkiyə Azərbaycanın yanında olmağa hazırdır.

“Artıq həmrəylik içində atdığımız addımlar var. Bunları inkişaf etdirərək daha mühüm və nəhəng layihələri birlikdə həyata keçirməyə hazırıq. Təbii ki, Cəbrayılda təməlini qoyduğumuz meşə təlimi və tingçilik mərkəzi də həmrəyliyimizin rəmzidir”, - deyə Türkiyə Prezidenti qeyd edib.