15:54 - 19.10.2022
19 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl və Qubadlıya gedib.
ABC.AZ xəbər verir ki, dövlət başçısı Cəbrayıl Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub, 330/110 kilovoltluq beynəlxalq “Cəbrayıl" Qovşaq Yarımstansiyasında aparılan tikinti işləri ilə tanış olub.
Prezident İlham Əliyev Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub.
Dövlət başçısına və birinci xanıma Qubadlı şəhərinin Baş planı təqdim olunub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak ediblər.