14:53 - 18.10.2022
18 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyevin sərəncamları ilə Anar Laçın oğlu İmanov Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında, eyni zamanda Kamboca Krallığında və Laos Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb, Şövqi Kamal oğlu Mehdizadə Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin edilib.
ABC.AZ-ın məlumatına görə, həmçinin Ağasəlim Səmədağa oğlu Şükürov Azərbaycanın Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Onun yerinə Səməd Əyyub oğlu Həsənov təyin edilib.
Cəfər Əbdülhüseyn oğlu Hüseynzadə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026