Prezident Elxan Poluxovla bağlı sərəncam imzalayıb

15:34 - 17.10.2022


17 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Elxan Poluxovla bağlı Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncamla Elxan Polux oğlu Poluxov Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, Elxan Poluxov bu ilin avqustunda Azərbaycan Braziliyaya və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılmışdı.