14:26 - 17.10.2022
17 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 829 manat olub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istindən xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 3 485,5 manat, qeyri neft-qaz sektorunda 778,1 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 780,1 manat, özəl müəssisələrdə isə 884,5 manat olub.
Müəllif: Elmir Murad