14:12 - 17.10.2022
17 oktyabr, Fineko/abc.az. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinə müavin təyin edilib.
ABC.AZ xəbər verir ki, Bəşir Qüdrət oğlu Hacıyev Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev oktyabrın 15-də müvafiq Sərəncam imzalayıb. Bu təyinata qədər Bəşir Hacıyev həmin Xüsusi Nümayəndəlikdə baş məsləhətçi vəzifəsində çalışırdı.
Qeyd edək ki, 2021-ci ildə Ağdam rayonun işğaldan azad edilmiş hissəsi üzrə Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyində fəaliyyətə başlayıb, bu ilin əvvəlindən isə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Prezidentin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi olub.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026