On min kvadratkilometr ərazidə demək olar bir salamat bina qalmayıb - Prezident

17:02 - 14.10.2022


14 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi dövlət başçısı İlham Əliyev Astanada çıxış edib.

ABC.AZ xəbər verir ki, postmünaqişə vəziyyətinin digər aspektlərindən danışan Prezident İlham Əliyev deyib ki, indi Azərbaycan azad edilmiş ərazilərin bərpası ilə fəal məşğul olur:

“On min kvadratkilometr ərazidə demək olar bir salamat bina qalmayıb, 67 məsciddən 65-i dağıdılıb. Müsəlmanların müqəddəs yerlərinin təhqir edilməsi, məscidlərdə donuz və inək saxlanılmasına dair görüntüləri internetdən də əldə etmək olar. Bütün bunlar Azərbaycan xalqına və bütün müsəlman dünyasına qarşı ifrat dərəcədə nifrətdən xəbər verir. Bunu ancaq belə başa düşmək olar”.