10:55 - 14.10.2022
14 oktyabr, Fineko/abc.az. Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Astanada görüşü başlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Telegram” kanalında məlumat verib.
Görüş barədə hələlik detallar açıqlanmır. Amma, görüşdə sülh müqaviləsinin bəndlərinin müzakirə ediləcəyi güman edilir.