16:32 - 13.10.2022
13 oktyabr, Fineko/abc.az. Fransa prezidenti, ermənilərə xüsusi rəğbətilə tanına Emmanuel Makron yerli televiziyaya müsahbəsində Ermənistan-Azərbaycan münaqişəsi barədə danışarkən Azərbaycanın əleyhinə əsassız ittihamlar səsləndirib.
ABC.AZ xəbər verir ki, Fransa prezidenti biz Ermənistanı tək qoymayacağıq, bizim dəyərlərimizi nə neft, nə də qazla almaq olmaz deyib və qeyd edib ki, Ermənistanın Fransa ilə xüsusi əlaqələri var.
Fransa prezidenti Azərbaycanın Qarabağ ərazisini mübahisəli ərazi adlandırmaqdan da çəkinməyib:
"İki il əvvəl beynəlxalq səviyyədə tanınmayan və mübahisəli ərazi olan Dağlıq Qarabağda müharibə olub, lakin Qarabağ bu ölkənin ürəyində olduğu üçün Ermənistan Qarabağda olub. Azərbaycan çoxsaylı qurbanları və amansız səhnələri ilə dəhşətli müharibəyə başladı və bu ərazini işğal etdi".
Fransa prezidenti Azərbaycanın beynəlxalq səviyyə tanınan sərhədlərinə hörmətsizlik nümayiş etdirib.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026