Sərhədlərin delimitasiyası üçün ilk addımlar atılmağa başlandı

15:17 - 13.10.2022


13 oktyabr, Fineko/abc.az. Dövlət sərhədinin delimitasiyası üzrə Katiblik yaradılıb.

Nazirlər Kabinetindən ABC.AZ-a verilən məlumata görə, qərar “Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 23 may tarixli 3272 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

Qərara əsasən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyinin yaradılması, fəaliyyət istiqamətləri və təşkili müəyyən edilib.