Azərbaycan və Ermənistan sülh sazişini razılaşdırıb?

14:51 - 11.10.2022


11 oktyabr, Fineko/abc.az. “Azərbaycan və Ermənistan sülh müqaviləsinin 5 əsas bəndi üzrə razılıq əldə edib”.

ABC.AZ xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Tvnet” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, sözügedən bəndlərə ölkələrin bir-birinin ərazi bütövlüyünün tanınması, sərhədlərin demarkasiyası və s. aiddir: “Geriyə yalnızca bunları həyata keçirmək qalır”.

Çavuşoğlu, həmçinin qeyd edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi İrəvan və Bakı arasında sülh müqaviləsi ilə bağlı danışıqlardan sonra başlayacaq. 

O bildirib ki, Praqada Ermənistanın Baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş müsbət məcrada keçib.