14:06 - 11.10.2022
11 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri başlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə Qırğızıstan mətbuatı məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan Prezidentinin təyyarəsi “Manas” Beynəlxalq Hava Limanına enib. Hava limanında Prezident İlham Əliyevi Qırğız Respublikasının Prezidenti Sadır Japarov qarşılayıb.
Dövlət səfəri çərçivəsində dövlət başçıları ikitərəfli danışıqlar aparacaq və Dövlətlərarası Şuranın I iclasında iştirak edəcəklər.
22 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026