Kəmaləddin Heydərov idarə rəisini işdən çıxardı - FHN-də kadr dəyişikliyi

14:07 - 10.10.2022


10 oktyabr, Fineko/abc.az. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qurumun Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsinin rəisini təqaüdə göndərib. 

ABC.AZ-ın Qaynarinfo-ya istinadən məlumatına görə, idarənin rəisi Mehriban Səadətxan öz istəyi ilə tutduğu vəzifəsindən azad olunaraq, təqaüdə çıxıb.

Nazirin digər əmri ilə qurumun Sənədlərlə iş şöbəsi müdiri Nailə Mürsəliyeva vəzifəsindən azad olunaraq, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.