14:45 - 7.10.2022
7 oktyabr, Fineko/abc.az. Azərbaycandakı iş elanlarının 20 %-də yaş kateqoriyası göstərilməyib.
ABC.AZ-ın Apa-ya istinadən məlumatına görə, bunu Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Sənnur Əliyev deyib.
O sözlərinə belə davam edib: “Lakin xanımlarda tələb olunan ortalama yaş 30-dur. Kişilərdə isə 35-dir. Əmək bazarına yeni daxil olan 20-25 yaş arası şəxslərin iş tapma ehtimalı 4.6%-dir. Yəni hər 25 nəfərdən biri iş tapa bilər. İşə götürən şirkətlərin baş ofisləri əsasən Bakıdadır, bu səbəbdən işəgötürənlərin 92 %-i paytaxtda cəmləşib. Daha sonra Abşeron yarımadası, Sumqayıt şəhəri 1.2 % ilə önə çıxır. Digər şəhərlərimizdə isə işəgötürənlərin əmsalı 1% ətrafında dəyişir”.