14:32 - 7.10.2022
7 oktyabr, Fineko/abc.az. “20-25 yaş arasında hər 25 nəfərdən biri iş tapa bilir”.
ABC.AZ-ın Apa-ya istinadən məlumatına görə, bunu Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Sənnur Əliyev deyib.
O bildirib ki, Azərbaycanda ortalama maaş 713 manatdır: “Qonşularımızla müqayisə aparsaq görərik ki, bu, normal bir rəqəmdir. Maaş demoqrafik olaraq qeyri-bərabərdir, qadınlar və kişilər arasında fərqlidir.
Kişilərin ortalama əməkhaqqı daha çoxdur.
Azərbaycanda əmək bazarında işəgötürənlərin tələb etdiyi ortalama yaş 33-dür. 45 yaşdan yuxarı şəxslərin iş tapmaq imkanı azalır”.