15:53 - 5.10.2022
5 oktyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 2022-ci il üzrə maliyyə hesabatlarının kənar auditi ilə bağlı kotirovka sorğusu elan edib.
ABC.AZ xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır. İddiaçılar təkliflərini oktyabrın 20-si, saat 12:00-a qədər Fondun Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə oktyabrın 21-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.
30 İyul 2026
29 İyul 2026