Türkiyə şirkəti Azərbaycanda serial çəkəcək - 2 milyon manata yaxın büdcəsi var      

10:59 - 26.08.2022


26 avqust, Fineko/abc.az.  Mədəniyyət Nazirliyi "Qarabağ Vətən Müharibəsi" şərti adlı 8 serialı bədii serialın çəkilməsinin təmin edilməsi ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb.


ABC.AZ xəbər verir ki, qalib şirkət "Bozdağ Film Yapım Prodüksiyon Reklam İnşaat Turizm Sanayi Ticaret Anonim Şirketi"dir.
Nazirlik qalib şirkətlə məbləği 1 milyon 700 min manat olan müqavilə imzalayıb.

Qeyd edək ki, Türkiyənin "Bozdağ Film" şirkəti "Kuruluş Osman", "Destan", "Türkler Geliyor", "Mehmetçik Kutlu Zafer" seriallarının istehsalçısıdır.