16:00 - 24.08.2022
24 avqust, Fineko/abc.az. Bu gün Azərbaycanla Qazaxıstan arasında bir sıra sənədlər imzalanıb.
ABC.AZ xəbər verir ki, sənədlərə Bakıda keçirilən Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının birinci iclası çərçivəsində imza atılıb.
Bunlar Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında Memorandum,
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO və Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum,
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Qazaxıstan Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Saziş,
“QazTrade", "Cool İnfinity" və "Foodcity Alliance" arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum;
Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "ADY Konteyner" MMC və “KTZ Express Hong Kong Limited” MMCarasında Tərəfdaşlıq Sazişidir.
8 Avqust 2026
8 Avqust 2026