10:24 - 30.05.2018
30 may, Fineko/abc.az. Bu gün Bakıda “Xəzər Neft və Qaz” 25-ci yubiley Beynəlxalq Konfransı keçirilir.
Konfransda Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, ölkə OPEC + razılaşması üzrə öz öhdəliklərini yerinə yetirir və bununla dünya bazarında enerji qiymətlərinin sabitləşməsinə öz töhfəsini verir.
“Azərbaycan beynəlxalq layihələrin etibarlı tərəfdaşıdır”, - deyə nazir bildirib.
Nazir həmçinin OPEC + sazişinin əhəmiyyətini qeyd edib və bildirib ki, dünya energetika bazarında vəziyyətin sabitləşdirilməsinə yönəlmiş tədbirlərə baxmayaraq, sabitlik hələ tam təmin olunmayıb.
“Bir sıra geosiyasi reallıqlar neftin qiymətinə təsir edir, - Pərviz Şahbazov belə deyib.
30 İyul 2026
29 İyul 2026