16:33 - 17.08.2022
17 avqust, Fineko/abc.az. Türkiyə və İsrail diplomatik münasibətləri normallaşdırmaq qərarına gəliblər.
ABC.AZ türk mediyasına istinadla xəbər verir ki, Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Tel-Əvivə səfir təyin edəcəklərini açıqlayıb.
İsrail Baş nazirliyindən edilən yazılı açıqlamada “İki ölkə arasında iqtisadi, ticari və mədəni əlaqələrin inkişafına, dərinləşməsinə və regional sabitliyin möhkəmlənməsinə töhfə verəcək”, - deyə bildirilir.
Xatrıladaq ki, iki ölkə arasında münasibətlər İsrail prezidenti İsaak Hersoqun mart ayında Türkiyəyə səfəri ilə bərpa edilib. Hersoq 2008-ci ildən Türkiyəyə səfər edən ilk İsrail lideri olub.
8 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026