Azərbaycanda banklar valyuta hərracına olan tələbatı 18,3% azaldıb

12:49 - 27.01.2022


27 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, yanvarın 27-də valyuta hərracında $84,2 mln satılıb və bu da ötən hərracda olduğundan $18,3 mln (17,85%) azdır.

"Valyuta hərracında banklar tərəfindən tələb $84,2 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.