12:44 - 4.06.2024
4 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatına görə, iyunun 4-də keçirilən valyuta hərracında bankların tələbi 72,8 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, keçmiş hərracdan 37,7 milyon dollar (34,12%) azdır.
Mayın 30-da valyuta hərracında Mərkəzi Bank banklara 110,5 milyon dollar satıb.
Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.
20 July 2026
20 July 2026
20 July 2026
18 July 2026