Mərkəzi Bankın valyuta hərracında tələb 17,3% artıb

12:38 - 21.12.2023


21 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, dekabrın 21-də keçirilən valyuta hərracında bankların tələbi 89,7 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, keçmiş hərracdan 13,2 milyon dollar və ya 17,25% çoxdur. Qeyd edək ki, dekabrın 19-da keçirilən valyuta hərracında tələb 76,5 milyon dollar təşkil edib.

Bugünkü hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.