12:34 - 21.07.2022
21 iyul, Fineko/abc.az. “Azsığorta” ASC Azərbaycanda fəaliyyətdə olan tikinti şirkəti ilə bağlı məhkəməyə müraciət edib.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Sığorta şirkəti “Beliy Lebed” MMC-ini Bakı Kommersiya Məhkəməsinə verib.
Şirkətin müraciətindəki işin mahiyyəti sığorta müqaviləsi üzrə mübahisələrdən qaynaqlanır.
“Beliy Lebed” MMC-nin nizamnamə kapitalı 100 manat olmaqla ona qanuni təmsilçiliyi Nurəddin Kərimov adlı şəxs edir.