Bundan sonra qəza zamanı avtomobil sahibinə sığorta haqqı belə ödəniləcək

16:26 - 20.07.2022


20 iyul, Fineko/abc.az. Mərkəzi Bank avtomobillərin icbari sığortası ilə bağlı yeniliyi təsdiqləyib.

ABC.AZ-ın məlumatına görə, yeni prosedura əsasən, bu il noyabrın 1-dən etibarən icbari qaydada sığortalanan avtonəqliyyat vasitəsinə dəymiş ziyanı artıq qarşı tərəf deyil, avtomobilin sığortalandığı şirkət ödəyəcək.

Daha sonra sığorta ödənişini həyata keçirən şirkət zərər vuran avtomobil sahibinin sığortaçısından ödəniş tələb edəcək.  Yəni avtomobilə dəymiş ziyan avtomobilin sığortalandığı şirkət tərəfindən ödəniləcək.  Prosesin qalan hissəsi sığorta şirkətləri arasında tənzimlənəcək.