14:19 - 20.07.2022
20 iyul, Fineko/abc.az. Astara rayonunda icra nümayəndəsi həbs olunub.
ABC.AZ "Unikal”-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində Astara Rayon İcra Hakimiyyəti başçısının Şiyəkəran kənd ərazi icra nümayəndəsi Tofiq Əliyev saxlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Əliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Astara RİH-nin başçısı Qəzənfər Ağayevdir.