Avropa Komissiyası Rusiyaya qarşı sanksiyaları azaldır?  

14:53 - 15.07.2022


15 iyul, Fineko/abc.az. Avropa Komissiyası Rusiyaya qarşı sanksiyalara düzəliş etməyi planlaşdırır.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Avropa Komissiyası ərzaq ixracına maneələri aradan qaldırmaq üçün Rusiyaya qarşı sanksiyalara düzəliş etməyi planlaşdırır.

Həmçinin agentliyin mənbələrinə görə, Avropa Komissiyası Rusiyaya qarşı Rusiyanın qızılı, kimyası və mühəndisliyi ilə bağlı yeni sanksiyalar paketi qəbul etməyi planlaşdırır.