ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaldıb - Detallar

14:11 - 15.07.2022


15 iyul, Fineko/abc.az. Rusiya ilə gübrə, qida, toxum, dərman və tibbi avadanlıqla bağlı əməliyyatlara qoyulan qadağalar aradan qaldırılıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə nazirliyi məlumat yayıb. Məlumata əsasən “Qazprom”un Almaniyadakı keçmiş törəməsi “Gazprom Germania GmbH” və “Alfa-Bank”ın Qazaxıstandakı törəməsi də sanksiyalardan çıxarılıb.