Rusiya quru sərhədləri açdı  

14:04 - 15.07.2022


15 iyul, Fineko/abc.az.  Rusiya bu gündən etibarən koronavirusla əlaqədar olaraq quru sərhədilə bağlı tətbiq edilən məhdudiyyətləri aradan qaldırıb.

ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkənin Baş naziri Mixail Mişustinin sözügedən məsələ ilə bağlı sərəncamı Rusiya hökumətinin rəsmi portalında dərc olunub. 

Xatırladaq ki, Rusiya sərhədlə bağlı məhdudiyyətləri koronavirusun yayılması səbəbindən 2020-ci ilin mart ayından tətbiq edib. Rusiyanın bu məhdudiyyətləri ləğv etməsi barədə məlumatı isə iyulun 4-ü ölkənin koronavirusla mübarizə üzrə Operativ qərargahı yaymışdı.