"MSDIS Holding” qaydaları pozdu -  Məhkəməlik oldu

09:59 - 14.07.2022


 14 iyul, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən “MSDIS Holding” məhkəməlik olub.

ABC.AZ-ın məlumatına görə, buna səbəb şirkətin İnzibati Xətalar Məcəsəlləsinin tələblərini pozmasıdır. İXM-nin 428.7.1 maddəsi ilə ittiham olunan “MSDIS Holding” müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirib. Bu maddəyə görə, fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər isə 5000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Xalid Əlisoyun sədrliyi ilə baxılacaq.