12:31 - 13.07.2022
13 iyul, Fineko/abc.az. 2022-ci ilin yayında xaricə hava səyahətləri üçün uçuş biletinin orta qiyməti ötən ilin eyni mövsümü ilə müqayisədə 37% artıb.
ABC.AZ xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb.
Qəzet bunu Rusiyanın böyük bilet satışları həyata keçirən şirkətinin analitiki məlumatlarına istinadən yayıb. Mənbə bildirib ki, əgər keçən il Rusiyadan təyyarə ilə xaricə gedib 29 min rubla (red. 843 manat) qayıtmaq mümkün idisə (hesablamalar ekonom sinifdə bir nəfər üçün aparılıb), hazırda bu qiymət 39,9 min (1159 manat) rubldur. Bu həm birbaşa, həm də tranzit uçuşlara aiddir.
Azərbaycana biletlər orta hesabla 1,2 dəfə artaraq 40,5 min rubla, Misirə 1,3 dəfə artaraq 44,4 min rubla çatıb.
18 Avqust 2026