Sabiq icra başçısının müsadirə olunmuş əmlakları açıqlanıb - Siyahı

16:42 - 8.07.2022


8 iyul, Fineko/abc.az. Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun üzərinə həbs qoyulmuş əmlakları məhkəmənin hökmü ilə dövlət nəfinə müsadirə olunacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsində bu gün elan olunan hökmdə bildirilib.

Sabiq icra başçısının müsadirə olunmuş əmlaklarının siyahısını təqdim edirik:

- Fərdi yaşayış evləri;

- "Lexus" markalı minik avtomobili;

- Bir neçə ərazidə yerləşən müxtəlif təyinatlı torpaq sahələri

Əmlakların ümumi bazar dəyəri 2 milyona yaxın qiymətləndirilir.