14:43 - 8.07.2022
8 iyul, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən qatarda mövsümi endirim kampaniyasına start verib.
ABC.AZ “ADY”ə istinadən xəbər verir ki, bu gündən etibarən üç ay müddətində sözügedən marşrut üzrə standart yerlər üçün satılan biletlərin qiymətində 25 faizlik endirim tətbiq olunur.
Kampaniya çərçivəsində sərnişinlər standart (ekonom) yerlər üçün 15 manat ödəyərək səfər edə biləcəklər. Biznes və birinci klass yerlərə gediş haqqı dəyişilmədən saxlanılır.
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026