12:07 - 6.07.2022
6 iyul, Fineko/abc.az. “Aqrarkredit” QSC BOKT “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-ni məhkəməyə verib.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, “Aqrarkredit” BOKT-un iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır.
“Aqrarkredit” BOKT ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın arasındakı məhkəmə çəkişməsinin səbəbi isə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Kredit müqaviləsi üzrə mübahisələrdir.