17:32 - 23.06.2022
23 iyun, Fineko/abc.az. Almaniyanın avtomobil istehsalçısı - BMW Çinin Şenyan şəhərində 2,24 milyard ABŞ dolları dəyərində 3-cü zavodunu açıb.
ABC.AZ Report-a istinadən xəbər verir ki, zavod elektrikli avtomobil istehsalını sürətləndirmək üçün inşa edilib.
"BMW" bununla Çində illik avtomobil istehsalını 130 min ədəd və yaxud 18,6% artıraraq 700 mindən 830 minə çatdıracaq.
Almaniya şirkəti ötən il dünyadakı avtomobil istehsalının 40%-ni Çində reallaşdırıb.
18 Avqust 2026