14:31 - 21.06.2022
21 iyun, Fineko/abc.az. Türkiyədə yanacağın sürətlə bahalaşması qardaş ölkədən gətirilən yüklərin daşıma xərcinin kəskin yüksəlməsinə səbəb olub.
ABC.AZ xəbər verir ki, bunu yerli nəqliyyat şirkətlərindən birindən bildiriblər.
"Əvvəllər Türkiyədə dizel yanacağının litri 6,8 – 7 lirə arasında dəyişirdisə, indi bu rəqəm 30 lirəyə yüksəlib. Yanacağın qiyməti yüksəlirsə, birmənalı olaraq maşın ehtiyat hissələri də təkərdən tutmuş, xidmətə qədər artır. Yanacaq və digər bahalaşmaya görə nəqliyyat haqqı 50%-ə yaxın bahalaşıb. Əvvəllər Türkiyədənin İstanbul şəhərindən Bakıya yük avtomobili ilə daşınma 2 300 dollar idisə, bu gün artıq bu qiymət 3 600 dollardır",- deyə şirkətdən bildirilib.
Müəllif: Elmir Murad