Yeganə ağ "Ferrari Enzo" superkarı satışa çıxarılıb - Foto

17:19 - 20.06.2022


20 iyun, Fineko/abc.az. Dünyada yeganə ağ "Ferrari Enzo" superkarı satışa çıxarılıb.

ABC.AZ xarici mediaya istinadla xəbər verir ki, avtomobil RM Sotheby's auksionunda satışa çıxarılıb.

Məlumata görə, 2002-2004-cü illərdə "Ferrari" şirkəti 400 ədəd "Enzo" markalı superkar istehsal edib.

Onların əksəriyyəti brendin ənənəvi qırmızı rəngində istehsal edilib.

Yalnız "Extracampionario" proqramı çərçivəsində 20 avtomobil xüsusi rəngdə olub.

Bunların da içində bir avtomobil ağ rəngdə burxılıb və bu xüsusi avtomobil indi satışa çıxarılıb. 2012-ci ilin noyabrında avtomobil superkarın həqiqiliyini təsdiq edən "Ferrari Classicche" sertifikatı alıb.