11:26 - 20.06.2022
20 iyun, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 15 milyon 124,6 min ton, yük dövriyyəsi isə 3 milyard 671,9 milyon ton/km olub.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov deyib.
Bu isə ötən il eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,02 % və 13,85 % artım deməkdir.
"Hesabat dövründə yüklərin 8 milyon 362,3 min tonu və ya 55,3 %-i avtomobil nəqliyyatı, 4 milyon 949,7 min tonu və ya 32,7 %-i dəmir yolu nəqliyyatı, 1 milyon 812,6 min tonu və ya 12 %-i dəniz nəqliyyatı ilə daşınıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 25,5 %-i və ya 3 milyon 863,1 min tonunu tranzit yüklər təşkil edib" deyə o qeyd edib.
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026