11:00 - 20.06.2022
20 iyun, Fineko/abc.az. Rusiya və Ukrayna istiqamətində hərəkətin məhdudlaşdırılması səbəbindən Azərbaycan üzərindən Orta Asiya istiqamətində yükdaşımaların 3 dəfədən çox artacağı gözlənilir.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov deyib.
O, bildirib ki, Ukraynada limanların blokadada olması alternativ maşrutlar üzrə fəallığı artırır: "Avstriya, Finlandaiya kimi Avropa ölkələri bizim marşruta yönəlir. Artıq Finlandiya və Avrstiya istiqamətində bir neçə blok qatar yola salınıb. Türkmənistanda da artıq fəallıq hiss edilir. Türkmənistan sərhəddi avtomobil daşımaları üçün bağlı idi. İyunun 1-dən onlar İran və Özbəkistan istiqamətində sərhədləri açıb. Hazırda bütün üzv dövlətlər tərəfindən artan yük həcmini emal etmək üçün operativ tədbirlər görülür. Əvvəllər ənənəvi olaraq tacik, qırğız, qazax yükdaşıyıcıları Rusiya ərazisindən istifadə edirdilər. O istiqamətdə hərəkət məhdudlaşdırıldığına görə Azərbaycan üzərindən keçən dəhlizə diqqət yönəlib. Ona görə də Azərbaycan üzərindən yükdaşımalar da artım olacaq. Çin tərəfi də aktiv şəkildə bizim marşrut üzrə fəallaşıb. Çin, Özbəkistan, Qırğızıstan 540 km-lik dəmir yolunun inşası ilə bağlı investisiyalar ayırmağa başlayıb. Eyni zamanda Qazaxıstan, Azərbaycan, Gürcüstan üzərindən keçən marşrut üzrə də Çin tərəfindən daha çox yükdaşımların olacağı nəzərdə tutulur”.
18 Avqust 2026