Son 5 ayda 939 ədəd minik avtomobili istehsal edilib

15:31 - 17.06.2022


17 İyun, Fineko/abc.az. 2022-ci ilin yanvar-may aylarında Azərbaycanda 939 ədəd minik avtomobili istehsal edilib (yığılıb).

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a verilən məlumata görə, minik avtomobillərinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 286 ədəd və ya 3 dəfə artıb.

01.06.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 579 ədəd təşkil edir. Xatırladaq ki, 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 710 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 202 ədəd və ya 39,8% çox minik avtomobili istehsal olunmuşdu. 01.05.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 673 ədəd təşkil etmişdi.