12:28 - 17.06.2022
17 iyun, Fineko/abc.az. "Naxçıvana təyyarə biletləri almağın çətinliyi insanları ciddi narahat edir".
ABC.AZ lent.az-a istinadən xəbər verir ki, bunu deputat İsa Həbibbəyli deyib.
O bildirib ki, adamlar 10-15 gün əvvəl də bilet almaqda çətinlik çəkirlər: "Əlavə reyslərin açılması elan olunduqdan bir saat sonra həmin reysə bilet almaq mümkün olmur. Yay mövsümü ilə əlaqədar olaraq gedib-gələnlər çoxalıb. Xeyir-şər məclislərinə gedənlər və xəstələr Naxçıvana bilet ala bilməməkdən narahatlıqlarını deputatların nəzərinə çatdırırlar. Gərginlik aradan qaldırılmalıdır. Müntəzəm reyslərin sayını artırmaq, əlavə reysləri tələbata uyğun olaraq tənzimləmək lazımdır".