12:10 - 16.06.2022
16 iyun, Fineko/abc.az. Bakı-Sumqayıt elektrik qatarının metronun “Dərnəgül” stansiyasının yaxınlığında 40 dəqiqədən çoxdur hərəkətsiz dayandığı bildirilir.
ABC.AZ xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Qeyd edilib ki, hərəkətin dayanmasına səbəb işığın sönməsidir.
Nəticədə qatarda olan sərnişinlər bu müddət ərzində istidə qalıblar.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, hazırda bununla bağlı araşdırma gedir. Məsələ ilə əlaqədar texniki şöbəyə məlumat verilib.
18 Avqust 2026