10:41 - 18.05.2018
18 may, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti dünya bazarında 2,21 dollar (2,80%) yüksəlib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 81,03 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
Londonun “ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin bir barelinin qiyməti hazırda 79,52 dollar təşkil edir. Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında “WTI” markalı neftin qiyməti 71,65 dollar/barelə təşkil etmişdir. “Brent” neft markası ilə “WTI” markası arasındakı qiymət fərqi hazırda 7,87 dollar / barelə təşkil edir
30 İyul 2026
30 İyul 2026
30 İyul 2026
27 İyul 2026
28 İyul 2026