14:39 - 13.06.2022
13 iyun, Fineko/abc.az. Azərbaycan hökuməti Kəlbəcər rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu) mineral su istehsalı zavodunun və müasir “İstisu” sanatoriyasının tikintisi üçün investorlara kömək etməyə hazırdır.
ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, “Dövlət qurumları tərəfindən “Yuxarı İstisu”, “Aşağı İstisu”, “Keşdək”, “Qarasu”, “Mozçay”, “Qotursu” yataqlarından istifadə olunmaqla mineral su istehsalının təşkili layihəsi hazırlanıb.
"Layihə təxminən 3 milyon manat (cari məzənnə ilə $1,8 milyona qədər) dəyərində qiymətləndirilir. Həmçinin bütün bu mineral su bulaqlarından istifadə olunmaqla müasir “İstisu” sanatoriyasının tikintisi layihəsi də hazırlanıb. Layihələrin dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilməsi planlaşdırılır. İnvestorlara dövlət tərəfindən güzəştli kreditlər, gömrük və vergi güzəştləri və investisiya təşviqi sənədi veriləcək”, - deyə hökumətdəki mənbədən bildirilib.
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026